İsrailin fələstinlilərə qarşı hücumları başlayandan (7 oktyabr) sonra bir çox Malayziya vətəndaşı Təl-Əvivə kömək edən Qərb şirkətlərindən məhsul almağı dayandırıb.
Əksəriyyəti müsəlman olan cənub-şərqi Asiya ölkəsində belə bir böhranı açıq şəkildə təsdiq edən sonuncu brend Starbucks olub. Onun ana şirkəti "Berjaya Foods" gəlirlərinin təxminən 40% azalmasının səbəbi kimi sanksiyaları göstərib.
Fevralın ortalarında Malayziya Fond Birjasında yayılan hesabat göstərir ki, bu şirkətin ilin son rübündəki gəliri 38,47 milyon dollardır və bu, əvvəlki illə müqayisədə 62,23 milyon dollardan çox azdır.
Sizin rəyiniz